YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Daşkəsəndə 20 sentyabr – Dövlət Suverenliyi Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının və Daşkəsən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 20 sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib.

Tədbirdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, ağsaqqallar, ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan ümumrayon tədbirində Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov məruzə ilə çıxış edib. O.Abbasov 20 sentyabr – Dövlət Suverenliyi Gününün xalqımızın tarixində mühüm əhəmiyyət daşıdığını qeyd edərək, bu əlamətdar gün münasibətilə toplantı iştirakçılarını və rayon ictimaiyyətini təbrik edib. Məruzədə Azərbaycanın dövlət müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdən, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə nəticələnən tarixi proseslərdən bəhs olunub. Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin edib. 

Tədbirə Bakı Media Mərkəzinin istehsalı olan “İlham” sənədli filminin nümayişi ilə yekun vurulub.