YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Mehdiyev: Cari ildə pensiya xərclərinin ölkənin ümumi daxili məhsula olan nisbəti 5,1 faiz nəzərdə tutulub

«Bu gün dünyanın nüfuzlu maliyyə və iqtisadi qurumlarının qlobal böhran şəraitində sosial-iqtisadi həyatın tənzimlənməsi istiqamətində  enerji daşıyıcıları ixrac edən ölkələr üzrə təqdim etdiyi həll yollarına diqqət  etsək bir daha aydın olur ki, iqtisadiyyatın diversifikasiyası, neft amilindən asılılığın azaldılması, biznes mühitinin və sahibkarlığın inkişafı Azərbaycan Respublikasının Prezidenti tərəfindən hələ enerji bazarındakı qeyri-sabitlikdən xeyli əvvəl əsas strateji kurs kimi elan edilmişdir». Bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

E.Mehdiyev bildirib ki, aparılan şaxələndirmə siyasətinin nəticəsində qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox artmış, bu sahənin ümumi daxili məhsulda payı 70 faizə çatmışdır. Onun sözlərinə görə, yaradılmış iqtisadi potensial çətin proqnozlaşdırılan qlobal iqtisadi şəraitdə də davamlı inkişafı təmin etməyə və bütün istiqamətlərdə sosial proqramları tam icra etməyə imkan verir.

«Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi və sosial məsələlərin bir paketdə həll olunması strategiyasının icrası iqtisadi inkişafın ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına yönəldilməsini təmin etməkdədir. Qeyd olunan siyasətin prioritet istiqamətlərindən biri kimi cari ildə pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsi və sığorta-pensiya sisteminin dayanıqlı inkişafının təmin edilməsi ölkə başçısının təsdiq etdiyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsinin əsas qayəsini təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun bu il üzrə büdcəsinin gəlir və xərcləri 3 mlrd. 78,6 milyon manat səviyyəsində proqnozlaşdırılır ki, bu da ötən ilin büdcəsinə nisbətən 22,3 milyon manat və ya 0,7 faiz çoxdur. Cari ildə pensiya xərclərinin ölkənin ümumi daxili məhsula olan nisbəti 5,1 faiz nəzərdə tutulmuşdur. 60 yaşdan yuxarı şəxslərin əhalinin cəmi sayındakı xüsusi çəkisinin 8,7 faiz təşkil edəcəyi nəzərə alınarsa, bu kateqoriyanın əhalinin strukturundakı payının hər 1 faizinə ÜDM-in 0,58 faizi qədər pensiya xərci olmaqla, optimal hədd saxlanılacaqdır»- deyə, DSMF sədri qeyd edib.

DİGƏR Xəbərlər Arxiv