Xəbərlər
Akif Əlizadə: Bu gün Azərbaycan elmi inkişaf etməkdə və qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir
Dekabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə gənc alim və mütəxəssislərlə görüşüb.
Akademiyadan bildiriblər ki, görüşdə AMEA-nın prezidenti müasir dövrdə yüksək intellektli gəncliyin formalaşmasının hər bir cəmiyyətin başlıca vəzifələrindən biri olduğunu deyib. Bu gün Azərbaycan elmi inkişaf etməkdə, qloballaşan dünyanın elm sisteminin ayrılmaz tərkib hissəsinə çevrilməkdədir. Görüşdə gənclərin elmə marağının artmasını yüksək qiymətləndirən akademik Akif Əlizadə gənc alim və mütəxəssislər üçün bundan sonra da hər cür şəraitin yaradılacağını bildirib.
Tədbirin sonunda AMEA-nın prezidenti gənc alimlərin suallarını cavablandırıb.