YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov: 2015-ci ildə Azərbaycan Respublikasının müstəqil, uğurlu xarici siyasət kursu davam etdirilib

«2015-ci ildə Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və nəzarəti altında milli maraqlarımıza, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycan Respublikasının müstəqil, uğurlu xarici siyasət kursu davam etdirilib». Bu fikri xarici işlər naziri Elmar Məmmədyarov deyib.

E.Məmmədyarov bildirib ki, 2015-ci ilin yekunlarına nəzər salsaq, ölkəmiz üçün siyasi, iqtisadi, sosial, mədəni və humanitar sahələrdə uğurlu il olub. Onun sözlərinə görə, dünya ölkələri ilə Azərbaycanın ikitərəfli əlaqələri daha da inkişaf edib və bu, özünü xüsusilə yüksək səviyyəli qarşılıqlı səfərlərdə göstərib. Belə ki, 2015-ci il ərzində Azərbaycana Pakistan, Vyetnam, Çexiya və Əfqanıstan prezidentləri rəsmi, Fransa Prezidenti isə işgüzar səfər edib.

«Qarşılıqlı səfərlərin intensivliyi, geniş coğrafiyası, imzalanan sənədlər və perspektiv əməkdaşlıq sahələrinin müəyyən edilməsi onu deməyə əsas verir ki, 2015-ci il ikitərəfli əsasda Azərbaycanın dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığının inkişaf etdirilməsi baxımından məhsuldar olub»- deyə, nazir vurğulayıb.