Xəbərlər
YAP Nəsimi rayon təşkilatının qərargahında 2015-ci ilin yekunlarına dair Gənclər Birliyinin toplantısı keçirilmişdir
YAP Nəsimi rayon təşkilatının qərargahında 2015-ci ilin yekunlarına dair Gənclər Birliyinin toplantısı keçirilmişdir. Toplantıda cari ildə ölkəmizin bütün sahələrində, xüsusilə təhsil və idman sahəsində əldə olunmuş nailiyyətlərdən ətraflı danışıldı və qarşıda duran vəzifələr müzakirə olundu. Möhtərəm cənab Prezident İlham Əliyevin ölkəmizin inkişafında müstəsna xidmətlərindən söz açan gənclər son ildə respublikamızda həyata keçirilən tədbirlərin gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirdiyini, onların ictimai-siyasi fəallığının artmasına kömək etdiyini bildirdi. Bugün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Cənab Prezidentin Azərbaycan gənclərinə göstərdiyi müstəsna qayğı və diqqət nəticəsində gənclərimiz təkcə partiyanın sıravi üzvləri deyil, partiyamızın rəhbər orqanlarında, partiya qərargahlarında mühüm vəzifələr tutmuş, dövlət və yerli özünüidarəetmədə yüksək fəallıqla təmsil olunmuşdur.
Tədbirin sonunda gənclər möhtərəm cənab Prezident İlham Əliyevin doğum gününə həsr etdikləri videoçarxı təqdim etdilər.