YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Ermənistanın təxribat əməlləri törətməkdə əsl məqsədi münaqişənin həllinə imkan verməməkdir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev İsrailin “İ24News” telekanalının canlı efirində çıxış edərək cəbhədə yaranmış gərginlik və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sualları cavablandırıb.

Hikmət Hacıyev qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı 20 ildən artıqdır davam edir. İlk növbədə bu suala cavab verilməlidir ki, nəyə görə gərginlik və ya atəşkəsin pozulması halları baş verir? Çünki Ermənistanın işğalçı qüvvələri Azərbaycanın zəbt olunmuş ərazilərində qanunsuz olaraq mövcuddur. Ermənistan, eyni zamanda, Azərbaycanın işğal olunmuş ərazilərində etnik təmizləmə törədib və bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təcrübə göstərir ki, prezidentlər səviyyəsində görüş keçirilərkən Ermənistan təxribatçı addımlara əl atır və qəsdən vəziyyəti gərginləşdirir. Dekabrın 19-da Berndə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş prezidentlərin görüşündən sonra da Ermənistan bu kimi təxribatlara əl atdı. Hazırda danışıqlarda münaqişənin həlli ilə əlaqədar konkret təkliflər var. Ermənistanın bu əməllərlə əsl məqsədi münaqişənin əsasını təşkil edən işğal və təcavüzdən yayınmaq və problemin həllinə imkan verməməkdən ibarətdir.

Mətbuat katibi qeyd edib ki, atəşkəs rejimi əslində nisbi xarakter daşıyır. Atəşkəs münaqişənin nəticələrinin, işğal və təcavüzün aradan qaldırılması və problemin həlli üçün əlverişli imkan və mühit yarada bilərdi. Əgər kimlərsə nə vaxtsa iddia edirdilərsə bu münaqişə dondurulub, onlar yanılırlar. Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxardıqdan sonra münaqişənin həlli tezliklə mümkün ola bilər.

 

DİGƏR Xəbərlər Arxiv