YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: “Lisenziyalar və icazələr haqqında” qanun layihəsinə edilən təkliflər sahibkarlığın daha da inkişafına xidmət edir

“Lisenziyalar və icazələr haqqında” qanun layihəsinə edilən təkliflər sahibkarlığın daha da inkişafına xidmət edir. Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin  sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, son illərdə ölkəmizin inkişafını davamlı etmək üçün nəzərdə tutulmuş strateji proqramlar uğurla həyata keçirilir. Onun sözlərinə görə, bu məqsədlə bir sıra mühüm işlər görülməkdədir.

Bu istiqamətdə kompleks tədbirlər nəzərdə tutulur. Onların reallaşması yönündə müsbət addımlar atılıb. Bu qanun layihəsi də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, maneələrin aradan qaldırılması, yeni təsərrüfat subyektlərinin yaradılması istiqamətində əhəmiyyətli nəticələr verəcək»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv