Xəbərlər
Hikmət Mustafayev: Bu kampaniya ictimaiyyət tərəfindən müsbət qarşılanır
Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən başlayaraq daşınmaz əmlak və torpaq sahiblərinə ilkin mülkiyyət sənədləri əsasında birbaşa ünvanlarda kütləvi qaydada çıxarışların verilməsi kampaniyasını həyata keçirir. Bunu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev deyib.
H.Mustafayev bildirib ki, kampaniya həm paytaxtda, həm də regionlarda paralel olaraq təşkil olunur.
«Son bir neçə həftədə artıq Bakıda yeni inşa edilmiş çoxmərtəbəli binalardakı mənzil sahibləri də kampaniyaya cəlb olunub. Bu kampaniya ictimaiyyət tərəfindən müsbət qarşılanır»- deyə, H.Mustafayev qeyd edib.