YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: İnsan haqları ali dəyərdir və hər hansı bir məqsəd üçün alətə çevrilə bilməz

Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan, bütün dövlət və qeyri-hökumət qurumlarının nümayəndələrinin iştirak etdiyi İnsan hüquqları məsələləri üzrə birgə işçi qrupu ötən müddətdə səmərəli fəaliyyət göstərib. Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri  Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, işçi qrup beynəlxalq qurumlar, o cümlədən Avropa Şurası ilə sıx əməkdaşlıq edib. Lakin sonuncu iclasdan sonra Avropa Şurası Parlament Assambleyasının (AŞPA) baş katibi Torbyorn Yaqland qrupdakı xüsusi nümayəndəsi Aleksandr Qesselin iştirakı məsələsinə yenidən baxaraq onu geri çağırıb. Onun sözlərinə görə, işçi qrupda AŞPA baş katibinin nümayəndəsinin iştirakı əhəmiyyətli olmayıb.

«Hazırda T.Yaqland nümayəndəsini Azərbaycana geri qaytarmaq istəyir. İşçi qrup yalnız beynəlxalq təşkilatlar üçün fəaliyyət göstərmir. Bu qrup məhz ona görə yaradılıb ki, Azərbaycanda problemləri müzakirə edərək həll yollarını hökumətə təqdim etsin. Heç kimin təsiri altında fəaliyyət göstərməyən qrup bundan sonra da işini davam etdirəcək. İnsan haqlarının müdafiəsi, qanunun aliliyinin təmini, demokratiyanın inkişafı Azərbaycan dövlətinin prioritet istiqamətlərindəndir. İnsan haqları ali dəyərdir və hər hansı bir məqsəd üçün alətə çevrilə bilməz. İnsan haqlarından istifadə edərək dövlətlərə təzyiq göstərmək olmaz»- deyə, komitə sədri vurğulayıb.