Xəbərlər
Azərbaycan Prezidentinin tapşırığı ilə göndərilən humanitar yardım Qırğızıstana çatdırılıb
Cari ilin noyabrında Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyinin (FHN) Azərbaycan hökuməti adından bu ölkəyə yola saldığı humanıtar yardım dekabrın 25-də ünvana çatdırılıb.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, ümumi dəyəri bir milyon manat olan humanitar yardıma 19 ton qənd, 19 ton şəkər tozu, 19 ton düyü, 8 tondan artıq çay, 16 tondan artıq bitki yağı, 38 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 3500 ədəd yataq dəsti (yastıq, ədyal, döşək, ağı dəsti), 50 generator, 240 çadır, 6006 kvadratmetr dam örtüyü (dəmir şifer), 70 kubmetr taxta, 40 min metr reyka, 26 tondan artıq benzin, 29 tona yaxın dizel və 195 ədəd istilik sobası daxildir.
Humanitar yardım dekabrın 7-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınıb.