YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"YAP ölkənin ən güclü siyasi təşkilatı kimi fəaliyyət göstərir"

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatının təsis edilməsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyasının yaranma tarixini və keçdiyi şərəfli inkişaf yolunu əks etdirən videoçarx nümayiş olunub.

Çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov rayon təşkilatının 33 illik fəaliyyəti, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. O bildirib ki, hazırda rayon təşkilatında 50 ərazi partiya təşkilatı fəaliyyət göstərir və YAP üzvlərinin sayı 10 158 nəfər təşkil edir.

Ayaz Cəbrayılov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkənin ən güclü siyasi qüvvəsi kimi fəaliyyət göstərir. Partiya sıralarında 755 mindən çox üzvün birləşməsi xalqın YAP-a olan inam və etimadının göstəricisidir.

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağali Kərimli çıxışında qeyd edib ki, partiyanın qısa müddətdə ümumxalq partiyasına çevrilməsinin əsas səbəbi xalqın Ümummilli Lider Heydər Əliyevə olan böyük inamı və sevgisi olub. O, Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın sabitlik və inkişaf yoluna qədəm qoyduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən şəhid anası Müşgünaz Həziyeva, partiyanın veteran üzvləri Həsən Hidayətov və Qasım Hüseynov, həmçinin “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin direktoru, “Bakı prospekti 20” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Nicat Ağarəhimov Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurətdən irəli gəldiyini bildirib, partiyanın keçdiyi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan danışıblar.

Sonra bir qrup partiya fəalına fəxri fərman təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.