Xəbərlər
Çingiz Hüseynzadə: “Bakı-2015”in özündən sonra buraxdığı irs uşaqların idmana cəlb olunmasında mühüm rol oynayır
«Respublikamızda idmana yüksək dövlət qayğısı mövcuddur». Bu fikri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
Ç.Hüseynzadə bildirib ki, Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır. Onun sözlərinə görə, 2015-ci il təkcə Azərbaycanın deyil, dünyanın idman tarixinə qızıl hərflərlə yazılıb.
«İlk Avropa Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkili və bu çoxnövlü idman yarışının standartlarının ölkəmizdə müəyyənləşdirilməsi bizi çox sevindirir. “Bakı-2015”in özündən sonra buraxdığı irs uşaqların idmana cəlb olunmasında mühüm rol oynayır. Təbii ki, idman federasiyaları da bu prosesə fəal dəstək verirlər»- deyə, Ç.Hüseynzadə qeyd edib.