YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Milli Qurtuluş Günü ölkəmizin gələcək uğurlarının möhkəm təməlini qoyub”

15 İyun-Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının və Samux Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Samux şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, diplomat, tarixçi-alim Həsən Həsənov, YAP Samux rayon təşkikatının sədri Gündüz Bayramov çıxış edərək bildiriblər ki, Milli Qurtuluş Günü müasir Azərbaycan tarixində dönüş nöqtəsi olmaqla yanaşı, ölkəmizin gələcək uğurlarının möhkəm təməlini qoyub. Ümummilli Liderin yaratdığı dövlətçilik modeli sayəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilmiş, həm iqtisadi, həm də siyasi sahədə mövqeyi əhəmiyyətli dərəcədə güclənmişdir. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Milli Qurtuluşa əsaslanan inkişaf yolu xalqımızı tarixi Zəfərə gətirib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa edilib. Beləliklə, Azərbaycan bu gün öz tarixinin ən qüdrətli dövrünü yaşayır.

Daha sonra Milli Qurtuluş Günü münasibətilə məktəblilər arasında keçirilmiş şahmat turniri və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Həmçinin, rayonunun ictimai-siyasi həyatında fəallığı və səmərəli fəaliyyəti ilə fərqlənən bir neçə partiya üzvü fəxri fərman ilə təltif edilib.

Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv