Xəbərlər
Gədəbəydə Milli Qurtuluş Günü münasibətilə dəyirmi masa keçirilib
15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının və Gədəbəy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Gədəbəy rayon mərkəzində yerləşən abidəsi ziyarət olunub, Ulu Öndərin xatirəsi ehtiramla anılıb.
Dəyirmi masada YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev, partiya veteranı Namiq Rüstəmov çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixində taleyüklü dönüş nöqtəsi olduğunu qeyd ediblər.
Bildirilib ki, bu gün dövlətçiliyimizin xilas edildiyi və sabit inkişaf oluna qədəm qoyduğu mühüm mərhələ kimi tarixə düşüb. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı ölkədə hökm sürən xaos və böhranı aradan qaldıraraq güclü dövlət quruculuğunun əsasını qoyub.
