YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Xilaskarlıq missiyasından şanlı gələcəyə: Heydər Əliyev dühası və qüdrətli Azərbaycan”

Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının və Qəbələ rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskarlıq missiyasından şanlı gələcəyə: Heydər Əliyev dühası və qüdrətli Azərbaycan” mövzusunda tədbir keçirilib.

Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş olunub.

Çıxış edən YAP Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov 15 İyun tarixinin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna əhəmiyyətindən danışaraq bildirib ki, 1993-cü il iyunun 15-i xalqımızın fəlakətlərdən qurtulduğu və müstəqilliyimizin dönməz xarakter aldığı tarixi dönüş nöqtəsidir. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizi parçalanmaqdan və vətəndaş müharibəsindən xilas edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edərək tarixinin ən qüdrətli dövrünü yaşayır.

Səhiyyə işçiləri ərazi partiya təşkilatının sədri, Qəbələ RMX PHŞ-nin direktoru Ceyhun Əhmədov və digərləri çıxış edərək Ümummilli Liderin ölkənin bütün sahələrində, o cümlədən səhiyyədə apardığı islahatların əhəmiyyətini qeyd ediblər. Bildirilib ki, Milli Qurtuluş Gününün rəsmi dövlət bayramı kimi qeyd olunması Heydər Əliyev dühasına olan xalq sevgisinin təzahürüdür. Ulu Öndər əsasını qoyduğu milli dövlətçilik konsepsiyası ilə ölkəmizin gələcək inkişaf yollarını müəyyən edib. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr, müasir tibb infrastrukturunun qurulması məhz həmin qurtuluş strategiyasının uğurlu davamıdır.

Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənc əməkdaşlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.