YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qobustanda Milli Qurtuluş Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, “Aqrar” ərazi partiya təşkilatının sədri Həsənağa Hüseynov, “Baytarlıq” ərazi partiya təşkilatının sədri Emil Zinharov, partiya üzvləri Gülnar Əliyeva, Eyvaz Alışov və Bəxtiyar Ələkbərov Ulu Öndər Heydər Əliyevin xalq və dövlət qarşısındakı xidmətlərindən, Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti və Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində 15 iyunun oynadığı roldan danışıblar.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.