YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və müasir Azərbaycan”

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Tərtər rayonunda “Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası və müasir Azərbaycan” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad edilib.

Daha sonra rayon Mədəniyyət Mərkəzinin foyesində təşkil edilmiş Ulu Öndərin həyat və siyasi fəaliyyətini əks etdirən foto-sərgiyə baxış keçirilib.

Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rayon şöbəsinin baş məsləhətçisi Elmir Xəlilov və rayon icra hakimiyyətində könüllü fəaliyyət göstərən gənc jurnalist Əfşanə Əlizadə Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində müstəsna əhəmiyyət daşıdığını vurğulayıblar.

Qeyd olunub ki, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq, vətəndaş qarşıdurması və dövlət müstəqilliyinin itirilməsi təhlükəsindən xilas edərək ölkədə sabitliyin, inkişafın və müasir dövlət quruculuğunun əsasını qoyub. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycanın hərtərəfli inkişafı təmin olunur, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir.

Natiqlər vurğulayıblar ki, Milli Qurtuluş Günü Azərbaycan xalqının ən qiymətli tarixi miraslarından biri olmaqla yanaşı, gələcək nəsillərə dövlətçiliyin, müstəqilliyin və milli birliyin qorunmasının vacibliyini aşılayan əlamətdar bir tarixdir.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə fərqlənən bir qrup şəxs YAP Tərtər rayon təşkilatı tərəfindən fəxri fərman ilə təltif olunub.

Tədbir Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin hazırladığı konsert proqramı ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv