YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“15 İyun - Müstəqil Azərbaycanı davamlı inkişafa aparan yol”

Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “15 İyun - Müstəqil Azərbaycanı davamlı inkişafa aparan yol” mövzusunda dəyirmi masa keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, partiya veteranı Vaqif Alıyev, Kürdəmir rayon Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova və “Kürdəmir Mərkəzi Rayon Xəstəxanası” publik hüquqi şəxsin hüquqşünası, ərazi partiya təşkilatının sədr müavini Əliabbas Abdulxalıqov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin tarixində mühüm əhəmiyyət daşıdığını deyiblər.

Bildirilib ki, 1991-cü illərdə ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hərc-mərclik və xaos şəraitində xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən xilas edib.

Qeyd olunub ki, 15 İyun 1993-cü ildən başlanan qurtuluş və inkişaf yolu ölkədə sabitliyin bərqərar olunmasına, dövlət quruculuğunun möhkəmləndirilməsinə, iqtisadi tərəqqinin təmin edilməsinə və müasir Azərbaycanın formalaşmasına zəmin yaradıb.

Vurğulanıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfər həmin siyasətin ən böyük nailiyyətlərindən biridir.

DİGƏR Xəbərlər Arxiv