YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qurtuluşdan Zəfərə” mövzusunda dəyirmi masa keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının, Xocavənd Rayon İcra Hakimiyyətinin və Xocavənd rayon Mədəniyyət Müəssisələri ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Xocavənd rayon Mədəniyyət Evində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluşdan Zəfərə” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşı Nicat Şirinov, Xocavənd rayon Gənclər və İdman Sektorunun müdiri Aslan Quliyev, fəal gənc Gülnar Eyvazxanlı və digərləri çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar. Bildirilib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyinin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində və ölkənin inkişaf yoluna çıxmasında həlledici rol oynayıb. Qeyd olunub ki, Ulu Öndərin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edilmiş, sosial-iqtisadi inkişafın əsası qoyulmuş, Azərbaycanın beynəlxalq nüfuzu yüksəlmiş və müasir dövlətçilik ənənələri formalaşdırılmışdır.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan hərtərəfli inkişaf yolu ilə inamla irəliləyir.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv