YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağstafada Ümummilli Liderin xatirəsi anılıb

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatında tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayon Heydər Əliyev Mərkəzində ucaldılmış abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülüb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş nitqi ilə açan YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev bildirib ki, 15 İyun 1993-cü il Azərbaycan dövlətçiliyinin xilası və müstəqilliyinin qorunması baxımından taleyüklü tarixdir. O qeyd edib ki, həmin dövrdə ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi vəziyyət xalqın Ümummilli Lider Heydər Əliyevə olan böyük etimadını daha da artırmış, xalqın təkidli tələbi ilə Ulu Öndər Naxçıvandan Bakıya qayıdaraq 15 iyun 1993-cü ildə Azərbaycan Ali Sovetinin sədri seçilmişdir.

Vurğulanıb ki, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitlik bərpa olunmuş, vətəndaş qarşıdurmasının və dövlətçiliyin parçalanması təhlükəsinin qarşısı alınmış, Azərbaycanın inkişaf strategiyasının əsası qoyulmuşdur.

Tədbirdə çıxış edən partiya veteranı Məmməd Məmmədov, Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Sənan Mustafayev, Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin direktoru Ramiz Nəsirov, Tatlı kənd tam orta məktəbin direktor müavini Aqşin Quliyev və Vurğun qəsəbə tam orta məktəbin tarix müəllimi Nizami Alıyev Milli Qurtuluş Gününün tarixi və siyasi əhəmiyyətindən bəhs edərək, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasının Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində müstəsna rol oynadığını qeyd ediblər.

Tədbir çərçivəsində rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman təqdim olunub, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri verilib.

Daha sonra 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Tədbir Yeni Azərbaycan Partiyası Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv