YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Milli Qurtuluş Günü Göygöldə də qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisinə baxış keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətini əks etdirən sənədli film nümayiş olunub.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin direktoru Nuranə Quliyeva və digərləri çıxış edərək 15 İyun tarixinin Azərbaycan dövlətçiliyinin xilası və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıdığını bildiriblər.

Vurğulanıb ki, 1993-cü ildə ölkədə yaranmış mürəkkəb ictimai-siyasi vəziyyət xalqın taleyüklü seçim etməsini zəruri etmişdir. Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında dövlətçiliyin qorunması, sabitliyin bərpası və milli birliyin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub. Natiqlər Ulu Öndərin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və həyata keçirilən genişmiqyaslı islahatların ölkənin hərtərəfli inkişafına xidmət etdiyini deyiblər.

Sonda konsert proqramı təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv