Xəbərlər
BMT Təhlükəsizlik Şurası Suriya ilə bağlı qətnamə qəbul edib
BMT Təhlükəsizlik Şurası Suriyada münaqişənin sülh yolu ilə həlli planını yekdilliklə təsdiq edib.
Qətnamədə Suriyada münaqişənin nizamlanması ilə bağlı Vyana görüşlərində səsləndirilən prinsiplərə yer verilib. Sənəddə bildirilir ki, BMT-nin baş katibi təqribən 2016-cı il yanvarın əvvəlindən etibarən Suriyada münaqişə tərəflərini danışıqlar masası ətrafına toplamalıdır. Bundan əlavə, qətnamə məqsədi 6 ay ərzində keçid hökumətini yaratmaq olan siyasi danışıqları və 18 aydan gec olmayaraq yeni konstitusiya əsasında azad və ədalətli seçkilərin keçirilməsini dəstəkləyir. Bu seçkilərdə bütün suriyalıların iştirakının təmin olunması, ölkənin gələcəyinin Suriya xalqı tərəfindən müəyyən edilməsinin vacibliyi vurğulanır.