YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Qurtuluşdan böyük Zəfərə gedən yol!”

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı 25 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Qurtuluşdan böyük Zəfərə gedən yol!” mövzusunda konfrans keçirib.

Öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Qurtuluşdan böyük Zəfərə gedən yol!” adlı video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya 15 İyun – Milli Qurtuluş Gününün xalqımızın taleyində mühüm dönüş nöqtəsi olduğunu bildirib. Qeyd olunub ki, Ulu Öndərin zəngin dövlətçilik irsi, uzaqgörən ideyaları və həmin siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Milli Qurtuluşdan böyük Zəfərə aparan yolun möhkəm təməlini yaradıb. Həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində dövlətimizin qüdrəti daha da artıb, milli maraqlarımız etibarlı şəkildə təmin olunub.

YAP fəalları - şəhid anası Arzu Hüseynzadə, QMƏVŞAİB rayon şöbəsinin sədri Etibar Hüseynova, Fərqanə Adıgözəlova, rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov və YAP Bərdə rayon təşkilatının ən gənc üzvü Tuncay Hüseynli öz çıxışlarında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs ediblər.

Konfransda YAP Bərdə rayon təşkilatı tərəfindən bir qrup partiya fəalı təltif edilib. Həmçinin, YAP sıralarına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim olunub.

Konfransa Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.

Sonda xatirə şəkli çəkdirilib.