Xəbərlər
Fərhad Hacıyev: Gənclər hər zaman ölkəmizin inkişafına öz töhfələrini verməlidir
Bu gün ölkəmizdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları maarifçilik ənənələrini uğurla davam etdirirlər. Bu fikri Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib.
F.Hacıyev bildirib ki, hazırda Azərbaycan gəncliyi yaradılmış əlverişli şəraitdən istifadə edərək yanlış informasiyaların cəmiyyətdə yayılmasının qarşısının alınmasına ciddi fikir verməlidir. Onun sözlərinə görə, müasir gənclər maarifçilik ideyalarının fəal təbliğatçılarına çevriliblər.
«Gənclər hər zaman ölkəmizin inkişafına öz töhfələrini verməlidir. Bunun üçün bütün imkanlar yaradılıb»- deyə, F.Hacıyev qeyd edib.