Xəbərlər
Zahid Oruc: Atəşkəsin pozulması haqda əmrlər Ermənistanın rəhbərliyi tərəfindən verilir
«Atəşkəsin son zamanlar daha intensiv pozulması məhz mövcud regional şəraitlə birbaşa bağlıdır». Bu fikri Milli Məclisin deputatı Zahid Oruc deyib.
Z.Oruc bildirib ki, Qarabağda açılan atəş əmrləri Ermənistanın rəhbərliyi tərəfindən verilir. Onun sözlərinə görə, Sarkisyan hələ də özünü səngərdə hiss edir.
«Təbii ki, bu da Ermənistanın hazırki faciələrinin səbəblərindən biridir. Azərbaycan da yaranmış bu şəraiti dəyərləndirir. Azərbaycan tərəfi də erməni işğalçılarının layiqli cavabını verir. Bu məsələdə ermənilərin bizimlə bu mənada rəqabət apara biləcək gücü yoxdur. Üstəlik, Ermənistana gedən tabutlar da erməni analarını ayağa qaldırır. Yəni bütövlükdə atəşkəsi pozmaqla Ermənistan hakimiyyəti özü üçün problem yaradır. Onlar ordumuzun gücü qarşısında acizdirlər»- deyə, Z.Oruc qeyd edib.