YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Samux rayonunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilir

Samux rayonunda 15 İyun - Milli Qurtuluş Günü və Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilir. Tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin dövlətçilik tariximizdəki müstəsna xidmətləri, Milli Qurtuluşun tarixi əhəmiyyəti və Azərbaycan-Türkiyə qardaşlığının strateji mahiyyəti geniş şəkildə təbliğ olunur.

İyunun 8-də YAP Samux rayon təşkilatının təşkilatçılığı ilə İnstitut qəsəbə ərazi partiya təşkilatında “Xalqın böyük oğlu” mövzusunda tədbir keçirilib. Tədbirdə qeyd olunub ki, 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin qorunması və inkişafında mühüm mərhələdir. Çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizi parçalanmaq təhlükəsindən xilas edərək sabitlik və tərəqqi yoluna çıxarmasından, onun zəngin siyasi irsinin bu gün də Azərbaycanın inkişafına xidmət etməsindən bəhs ediblər.

İyunun 9-da isə YAP Samux rayon təşkilatının, Samux rayon İcra Hakimiyyətinin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Samux rayonu üzrə Təhsil Sektorunun və Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında Milli Qurtuluş Gününə həsr olunmuş rəsm sərgisi keçirilib. Tədbirdə Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti vurğulanıb, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyi qeyd edilib. Şagirdlərin təqdim etdikləri rəsm əsərlərində Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, müstəqil Azərbaycanın inkişaf yolu və dövlətçilik ənənələri əks olunub.

Silsilə tədbirlər iyunun 10-da Seyidlər kənd ərazi partiya təşkilatında keçirilən “Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə qardaşlığının strateji zirvəsi” adlı tədbirlə davam etdirilib. Tədbirdə bildirilib ki, 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldərək iki qardaş ölkə arasında əməkdaşlığın yeni mərhələsini formalaşdırıb. Çıxışlarda sənədin siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə, regionda sülh və sabitliyin möhkəmlənməsinə verdiyi töhfələrdən bəhs olunub.

Vurğulanıb ki, Milli Qurtuluş ideyaları və Şuşa Bəyannaməsində əks olunan strateji hədəflər Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin inkişafı və qardaş Türkiyə ilə münasibətlərin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.