YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatında görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatında partiyanın İdarə Heyətinin üzvü Rauf Əliyevin 70 illik yubileyi münasibətilə görüş keçirilib.

Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov və digərləri yubilyarı doğum günü münasibətilə təbrik ediblər. Rauf Əliyevin uzun illər ərzində dövlətçilik prinsiplərinə sadiq qalaraq ölkəmizin ictimai-siyasi həyatında fəal mövqeyi ilə seçildiyi, müxtəlif sahələrdə uğurlu fəaliyyət göstərdiyi qeyd olunub.

Natiqlər yubilyara möhkəm cansağlığı, uzun ömür və fəaliyyətində yeni-yeni uğurlar arzulayıblar.

Göstərilən diqqətə və ünvanına söylənilən xoş sözlərə görə təşəkkürünü bildirən Rauf Əliyev Heydər Əliyev ideyalarına hər zaman sadiq olduğunu və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursunu daim dəstəklədiyini söyləyib.

DİGƏR Xəbərlər Arxiv