Xəbərlər
Musa Qasımlı: Bu bəyanat Azərbaycan dövlətinin və xalqının sülhsevər xarakterini göstərir
«Azərbaycan Prezidenti İlham Əliyevin olimpiya oyunları zamanı bütün müharibələrin dayandırılmasına dair çağırışı dünya siyasətinə təsir edə biləcək çox ciddi bəyanatdır». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.
M.Qasımlı bildirib ki, bununla Azərbaycan dövləti bütün münaqişələrin, müharibələrin dayandırılmasını və dinc yolla həllini təklif edir. Onun sözlərinə görə, bu bəyanat Azərbaycan dövlətinin və xalqının sülhsevər xarakterini göstərir.
«Eyni zamanda, bu, dünya siyasətini müəyyənləşdirən dövlətlərə də bir mesajdır. Ancaq hesab edirəm ki, Ermənistan bu çağırışdan nəticə çıxarmayacaq. Çünki, Ermənistan beynəlxalq hüquq normalarını pozan, təcavüzkar və terroru dövlət səviyyəsində himayə edən bir ölkədir»- deyə, M.Qasımlı vurğulayıb.