Xəbərlər
Sinqapur Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib
Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.
Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm".
