YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ İqtisadi rayonuna səfər təşkil olunub

Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının təşkilatçılığı ilə Qarabağ İqtisadi rayonuna səfər təşkil olunub.

Səfərdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Təranə Bayramova, rayon təşkilatı aparatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, Vətən müharibəsi iştirakçıları, partiya fəalları, könüllü tələbələr iştirak ediblər.

Səfər iştirakçıları Ağdam Cümə Məscidi, Ağdam Şəhidlər Xiyabanı, Əsgəran qalası, Qarabağ Universiteti, Zəfər Parkı, Şuşa qalası, Yuxarı Gövhər Ağa Məscidi, Cıdır düzü, Molla Pənah Vaqifin Məqbərəsi və İsa bulağıni ziyarət ediblər.

Qeyd olunub ki, işğaldan azad edilmiş torpaqlara səfər etmək hər bir azərbaycanlı üçün böyük qürur və fəxarət hissi yaradır. Vətənin bütövlüyü xalqın qürurunun və milli birliyin ən mühüm rəmzlərindən biridir. Qarabağa səfər etmək illərlə hər bir azərbaycanlının ürəyində yaşatdığı ən böyük arzular sırasında olub. Müqəddəs torpaqlarda olmaq, Zəfərin ruhunu hiss etmək, şəhidlərin və rəşadətli Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi qələbənin nəticələrini görmək iştirakçılarda dərin qürur hissi yaradıb.

Tədbirdə vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində Azərbaycan tarixi Zəfərə imza atıb.

Bildirilib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilir. Səfər iştirakçıları Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağda, o cümlədən Ağdamda həyata keçirilən yenidənqurma layihələri, Xankəndidə formalaşan yeni inkişaf mühiti və Şuşanın tarixi-mədəni simasının bərpası istiqamətində görülən işlərlə yaxından tanış olublar.

DİGƏR Xəbərlər Arxiv