Xəbərlər
YAP Naftalan şəhər təşkilatında görüş təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Naftalan şəhər təşkilatında partiya veteranı Hatəm Qocayevin 70 illik yubileyi münasibətilə görüş təşkil olunub.
Tədbirdə çıxış edən YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov yubilyarı əlamətdar gün münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və ailə səadəti arzulayıb. Bildirilib ki, Hatəm Qocayev uzun illər ərzində şəhər təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edib, partiyanın ideyalarının təbliği və təşkilati fəaliyyətində yaxından rol alıb.
Partiya veteranı göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirərək, Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmağın və uzun illər partiyanın fəaliyyətində iştirak etməyin onun üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb.
Tədbirin sonunda yubilyara şəhər təşkilatı tərəfindən fəxri fərman və hədiyyə təqdim olunub.
