YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Partiya fəalları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatında ictimai-siyasi proseslərdə uzun illər fəallıq göstərmiş 1 və 32 saylı ərazi partiya təşkilatlarının sədrləri Məhəmməd Şahbazov və Mehti Əsədullayevin yubileyləri münasibətilə görüş keçirilib.

Çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov yubilyarları doğum günləri münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı, uzun ömür və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İ.İlyasov bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyası ölkəmizin müstəqillik tarixində mühüm rol oynayan, xalqa və dövlətə xidmət prinsiplərinə əsaslanan aparıcı siyasi təşkilatdır. O, partiyanın keçdiyi şərəfli inkişaf yolundan, eləcə də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi mühüm uğurlardan bəhs edib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni inkişaf mərhələsinə qədəm qoyub və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində partiyanın cəmiyyətdəki nüfuzu daha da artıb. Bildirilib ki, partiyanın qazandığı uğurlarda təşkilati işlərə məsuliyyətlə yanaşan veteran partiya üzvlərinin mühüm xidmətləri var.

Partiya veteranları onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək, bundan sonra da partiyanın fəaliyyətində fəal iştirak edəcəklərini vurğulayıblar.

Sonda yubilyarlara partiyanın fəaliyyətində səmərəli iştiraklarına görə fəxri fərman və hədiyyələr təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv