YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabunçu rayonunda ağacəkmə aksiyası keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı, Sabunçu Rayon İcra Hakimiyyəti və “Balakhani Operating Company LTD”nin birgə təşəbbüsü ilə Sabunçu rayonunun Balaxanı qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev, eləcə də rayon təşkilatının, RİH başçısı Aparatının, Balaxanı Əməliyyat Şirkətinin əməkdaşları və partiya fəalları iştirak ediblər.

Aksiya çərçivəsində ümumilikdə 400 ədəd zeytun ağacı əkilib, yeni əkilmiş tinglərə aqrotexniki qulluq göstərilib.