YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və müasir Azərbaycan gəncliyi”

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatı tərəfindən Ağdaş Dövlət Humanitar Kollecində “Heydər Əliyev və müasir Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan Ağdaş Dövlət Humanitar Kollecinin direktoru Mirvari Ağayeva Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından və dövlətçilik fəaliyyətindən bəhs edib. O bildirib ki, Azərbaycanda uğurlu gənclər siyasətinin əsası məhz Ulu Öndər tərəfindən qoyulub və bu siyasət nəticəsində ölkədə vətənpərvər, milli dəyərlərə bağlı gənc nəsil formalaşıb.

Daha sonra çıxış edən YAP Ağdaş rayon təşkilatının sədri Əlişah Rəcəbov Ümummilli Lider Heydər Əliyevin həm sovet dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi uzaqgörən siyasətdən danışıb.

Ə.Rəcəbov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin keçmiş SSRİ-nin və dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alması üçün mühüm addımlar atıb. O vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə xüsusi diqqət və qayğı göstərib, onların savadlı və vətənpərvər ruhda yetişməsini prioritet məsələlərdən biri kimi qiymətləndirib.

Tədbirdə çıxış edən partiya fəalları Elza İskəndərli, Ülkər Əzizova, Gülər Zakirova, Nigar Məmmədli və Şölə Fərmanlı bildiriblər ki, müstəqil Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin şah əsəridir. Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Azərbaycanı ağır ictimai-siyasi böhrandan xilas edərək ölkədə sabitlik və inkişafın əsasını qoyub.

Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub, ölkəmiz regionun güclü və qalib dövlətinə çevrilib.

Tədbirin sonunda Ağdaş Dövlət Humanitar Kollecinin tələbələrinin təqdimatında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş bədii kompozisiya nümayiş etdirilib.

DİGƏR Xəbərlər Arxiv