YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev irsi: müasir Azərbaycan dövlətçiliyinin strateji təməlləri və gələcəyə baxış”

Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının, Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Heydər Əliyev irsi: müasir Azərbaycan dövlətçiliyinin strateji təməlləri və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra şəhər Heydər Əliyev Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət rəsm və kitab sərgisinə baxış keçirilib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.

Çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, partiya veteranı Nurcamal Əsgərova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının taleyində və dövlətçilik tarixində müstəsna rolundan bəhs ediblər. Bildirilib ki, Heydər Əliyev Azərbaycanı mürəkkəb tarixi-siyasi sınaqlardan çıxararaq ölkənin müstəqilliyini qoruyub, dövlətçiliyin möhkəmlənməsini təmin edib və xalqı inkişaf yoluna istiqamətləndirib.

Vurğulanıb ki, Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın tarixində dönüş nöqtəsi olub. Həmin dövrdə ölkədə hökm sürən xaos və anarxiyanın qarşısı alınaraq ictimai-siyasi sabitlik təmin edilib, dövlət və xalq birliyi möhkəmləndirilib, nizami ordu quruculuğunun əsası qoyulub və müstəqil dövlətçilik prinsipləri formalaşdırılıb.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi və iqtisadi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, Azərbaycanın beynəlxalq nüfuzu getdikcə artır, 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazanılan tarixi Zəfər isə məhz Heydər Əliyev siyasi kursunun uğurlu nəticəsidir.

Tədbir bədii hissə ilə davam edib.

DİGƏR Xəbərlər Arxiv