YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan–İtaliya münasibətlərində yeni mərhələ

Sahib Şükürov

YAP Göyçay rayon təşkilatının sədri

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının sədri Ciorcia Meloni mətbuata birgə bəyanatlarla çıxış ediblər. Bu çıxış iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyev öz çıxışında Azərbaycan ilə İtaliya arasında mövcud olan siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O qeyd edib ki, İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir və enerji sahəsində əməkdaşlıq xüsusi yer tutur. Xüsusilə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol diqqətə çatdırılıb.

Dövlət başçısı, həmçinin, enerji layihələri çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlığa toxunaraq bildirib ki, bu layihələr yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq enerji layihələrinin Avropa ölkələri üçün etibarlı enerji mənbəyi yaratdığı vurğulanıb.

Prezident İlham Əliyev çıxışında qeyri-neft sektorunun inkişafı, investisiya imkanları və yeni əməkdaşlıq istiqamətləri barədə də fikirlərini bölüşüb. O, İtaliya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi üçün əlverişli şəraitin mövcud olduğunu qeyd edib.

Sonda dövlət başçısı Azərbaycan–İtaliya münasibətlərinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib və qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin bu prosesə töhfə verdiyini bildirib.

Bu bəyanat bir daha göstərir ki, Azərbaycan və İtaliya arasında əməkdaşlıq yalnız bu gün üçün deyil, gələcək perspektivlər baxımından da böyük əhəmiyyət daşıyır.