YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Saatlıda “Nə? Harada? Nə zaman?” intellektual yarış keçirilib

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Saatlı rayon təşkilatı və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı, Saatlı Olimpiya İdman Kompleksinin təşkilati dəstəyi və ev sahibliyi ilə rayonun təhsil işçiləri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Saatlı rayon təşkilatının sədri Elşən Əzizov və Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayon təhsil sektorunun müdiri Günay Sultanova çıxış edərək yarış iştirakçılarını salamlayıb, komandaların hər birinə uğurlar arzulayıb. Bildiriblər ki, intellektual yarışın keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, gənclərin dünyagörüşünün genişləndirilməsidir.

Daha sonra “Nə? Harada? Nə zaman?” intellektual yarışına start verilib. Komanda üzvləri Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar, 44 günlük Vətən Müharibəsi, Milli Qəhrəmanlar, Azərbaycan mədəniyyəti və incəsənəti ilə əlaqədar sualları cavablandırıblar.

Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışında ümumilikdə 14 komanda iştirak edib. Yarışın nəticələrinə görə birinci yerin qalibi Əlisoltanlı kənd tam orta ümumtəhsil məktəbinin “Birlik” komandası, ikinci yerin qalibi Əhmədbəyli kənd tam orta ümumtəhsil məktəbinin “Mübarizlər” komandası və üçüncü yerin qalibi Saatlı şəhər 3 nömrəli kənd tam orta ümumtəhsil məktəbinin “Turan” komandası olub.

Qaliblər diplom və hədiyyələrlə təltif edildi.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.