YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Lənkəran rayon təşkilatı qanvermə aksiyası keçirib

Yeni Azərbaycan Partiyasının (YAP) Lənkəran rayon təşkilatı və Səhiyyə Nazirliyinin Respublika Qan Bankının Lənkəran bölməsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə qanvermə aksiyası keçirilib.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev bildirib ki, aksiyanın məqsədi talassemiya, irsi qan və digər profilli xəstəliklərdən əziyyət çəkən insanlara dəstək verməkdir. Vurğulayıb ki, mütəmadi qan köçürülməsinə ehtiyacı olan pasiyentlər üçün hər bir donorun verdiyi qan onların həyatı üçün əvəzsiz rol oynayır.

Qeyd edək ki, aksiyada partiya fəalları, rayonun idarə və müəssisə rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin nümayəndələri də daxil olmaqla 150 nəfərə yaxın partiya üzvü iştirak edib.

DİGƏR Xəbərlər Arxiv