YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini: Bəzi məcburi köçkünlərə edilən xəbərdarlıq nəticəsini verib

Bəzi məcburi köçkünlərə onlara dövlət tərəfindən verilmiş mənzillərin tərk edilməsi və orada yaşayışın təmin edilməsi ilə bağlı edilən xəbərdarlıq artıq öz nəticəsini verib. Bunu Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib.

Ə.Həsənov deyib ki, bəzi məcburi köçkünlər mənzilləri təhvil verib, mənzilləri təhvil verməyənlər barədə isə müvafiq icra hakimiyyətlərinə müraciət etmişik: "Həmin məcburi köçkünlərin müvəqqəti yemək xərcləri və kommunal xidmətləri mənzilləri təhvil verənə və ya orada yaşayış təmin edilənə qədər dayandırılıb. Əgər onlar mənzilləri təhvil verməsə və ya tərk etməsələr, bu barədə başqa tədbirlər görüləcək".

Ə.Həsənov qeyd edib ki, bu mənzillərin sayı o qədər də çox deyil, 47 min mənzilin içərisində cəmi 150 belə mənzil var.