YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran rayon bölməsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran rayon bölməsinin rəisi Xalid Ələkbərli və agentliyin əməkdaşı Vüsalə Cahangirova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin formalaşması və möhkəmləndirilməsindəki müstəsna rolundan, milli ideologiyanın - azərbaycançılıq məfkurəsinin əsasını təşkil edən dəyərlərdən ətraflı bəhs ediblər.

Qeyd olunub ki, Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs ölkəmizin müstəqilliyinin qorunması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və milli birliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, azərbaycançılıq ideologiyası təkcə siyasi baxışlar sistemi deyil, eyni zamanda milli-mənəvi dəyərlərin, tarixə və mədəniyyətə bağlılığın, dövlətə sədaqətin və vətəndaş həmrəyliyinin ifadəsidir. Bu ideyaların bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi və cəmiyyətin bütün sahələrində öz əksini tapdığı diqqətə çatdırılıb.

Tədbirin sonunda agentliyin bir qrup əməkdaşına fəxri fərman və hədiyyələr verilib.

DİGƏR Xəbərlər Arxiv