YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şamaxıda Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatında görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı qeyd edib ki, Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafına misilsiz töhfələr vermiş, oftalmologiya sahəsində əldə etdiyi nailiyyətlərlə yalnız ölkəmizdə deyil, beynəlxalq miqyasda da böyük nüfuz qazanmış görkəmli alimdir. Zərifə Əliyevanın zəngin elmi irsi, yüksək mənəvi keyfiyyətləri və insanlara olan qayğısı bu gün də gənc nəslə nümunədir.

Sonra Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Daha sonra Tədbirdə çıxış edən ADPU Şamaxı filialının direktoru Tünzalə Yusifova, partiya veteranı Nəzakət Abdulrazaqova və partiya fəalı Nuranə Mirzəyeva bildiriblər ki, Zərifə Əliyeva yalnız böyük alim deyil, eyni zamanda, qayğıkeş ana, vətənpərvər ziyalı və yüksək insani keyfiyyətlərə malik şəxsiyyət kimi yadda qalıb. Zərifə Əliyevanın elmi fəaliyyəti və insanlara xidmət amalı daim hörmət və ehtiramla xatırlanır, gələcək nəsillər üçün örnək təşkil edir.

Tədbirin sonunda partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən və yubiley yaşı tamam olan bir qrup partiya veteranı Fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv