Xəbərlər
“Qaranlığa nur saçan işıq”
Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatı və Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-ın birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Qaranlığa nur saçan işıq” adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Zərifə Əliyevanın həyat və elmi fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının direktoru Nuridə Məmmədova və digərlərinin çıxışlarında Zərifə xanım Əliyevanın oftalmologiya sahəsində apardığı fundamental elmi tədqiqatlardan, göz xəstəliklərinin profilaktikası və müalicəsində əldə etdiyi mühüm nailiyyətlərdən, həmçinin Azərbaycan tibb elminin beynəlxalq səviyyədə tanınmasında oynadığı roldan bəhs edilib. Qeyd olunub ki, onun elmi fəaliyyəti bu gün də müasir səhiyyə sisteminin inkişafına töhfə verməkdədir.
Çıxışçılar akademik Zərifə Əliyevanın səhiyyə sahəsindəki əvəzsiz rolundan, tibb elminə verdiyi töhfələrdən, gənc kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən danışmış, onun fəaliyyətinin bu gün də aktuallığını qoruduğunu vurğulayıb, Azərbaycan səhiyyəsinin inkişafında, xüsusilə oftalmologiya sahəsində müstəsna xidmətlərindən, həkimlik peşəsinə gətirdiyi yüksək mənəvi dəyərlərdən və insanlara göstərdiyi qayğıkeş münasibətdən danışıblar.
Sonda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqələri təqdim edilib, partiyanın fəaliyyətində fərqlənən və fəallıq göstərən tibb işçiləri Fəxri fərman və hədiyyələrlə təltif olunublar.
