YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Yevlaxda Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə görüş keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının, Yevlax Şəhər İcra Hakimiyyətinin, rayon Təhsil sektorunun və Yevlax şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun bir qrup ümumtəhsil məktəbində şagirdlərlə silsilə görüşlər davam etdirilir.

Növbəti görüş Yevlax şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Yevlax rayon təşkilatının sədr müavini Tural İsmayılov bildirib ki, müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyev bütün mənalı ömrünü və müdrik siyasi fəaliyyətini qüdrətli dövlətimizin yaradılması və inkişafına həsr edib. O qeyd edib ki, bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunub. Bu isə bir daha onu göstərir ki, Azərbaycanda Heydər Əliyev ideyaları yaşayır və bundan sonra da yaşayacaqdır.

Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova və Yevlax şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Sədaqət Şükürova çıxışlarında vurğulayıblar ki, Ulu Öndər rəhbərlik etdiyi illər ərzində respublikamızda güclü elmi-intellektual kadr potensialı, iqtisadi və enerji bazası formalaşdırmış, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl yaratmışdır. Qeyd olunub ki, qüdrətli Azərbaycanın qurulması və hərtərəfli inkişafı üçün xalqımız öz dahi oğluna daim minnətdardır.

Tədbirin sonunda şagirdlərə mövzu üzrə suallar ünvanlanıb, fəallıq göstərən iştirakçılara hədiyyələr təqdim edilib.