Xəbərlər
"Nurlu ömrün səlnaməsi"
"Şəhərsalma və Memarlıq ili" çərçivəsində Qobustan rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Qobustan rayon təşkilatının və Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın doğum gününə həsr olunmuş "Nurlu ömrün səlnaməsi" adlı tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizin xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra Akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən qısametrajlı filmə baxılıb.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, YAP Qobustan rayon təşkilatının sədri Qasım Qasımov, RMX PHŞ-nın direktoru Günay Muradova, RMX PHŞ-nın Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri Kəmalə Zərbaliyeva və RMX PHŞ-nın baş həkimi Xəyalə İmanova mövzu ətrafında çıxış ediblər.
Bildirilib ki, Zərifə xanım Əliyeva dəyərli elm xadimi, vəfalı ömür-gün yoldaşı və qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz iz buraxmış, yüksək mənəvi keyfiyyətləri və humanizm prinsiplərinə əsaslanan səmərəli ictimai fəaliyyəti ilə parlaq nümunə yaratmışdır.
Vurğulanıb ki, Zərifə xanım Əliyeva Ümummilli Lider Heydər Əliyev ilə ailə məsuliyyətini bölüşərək cənab İlham Əliyev kimi tarixi şəxsiyyət yetişdirmişdir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın dünəni, bu günü və gələcəyini müəyyən edən Heydər Əliyev yoluna sadiqlik nümayiş etdirərək Vətənə sədaqət andını əzm və ləyaqətlə yerinə yetirməklə xalqımıza misilsiz nailiyyətlər qazandırmış və şanlı Zəfərə imza atmışdır.
Qeyd edilib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi,oftolmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.
Sonda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
