YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarşıda çox gözəl perspektivlər açılır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Ukrayna Prezidenti Volodimir Zelenski bu günlərdə ölkəmizdə işgüzar səfərdə oldu.  Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında Qəbələdə keçirilən təkbətək və geniş tərkibdə  görüşlər, aparılan müzakirələr, mətbuata  birgə bəyanatlar iki ölkənin münasibətlərinin  gələcək inkişafının təqdimatı oldu. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında görüşlərin müntəzəm xarakter daşıdığını xüsusi vurğulayaraq onu da əlavə etdi ki, son dörd il ərzində bu, bizim yeddinci görüşümüzdür. Son görüşlər beynəlxalq təşkilatların toplantıları çərçivəsində baş vermişdir. Ancaq mən xatırlayıram ki, Siz Prezident kimi Azərbaycana ilk dəfə 2019-cu ildə gəlmisiniz. Bizim şəxsi münasibətlərimiz də o vaxtdan başlayır və bu gün də uğurla davam edir. Mən 2022-ci ilin yanvarında Kiyevə səfərimi də xatırlayıram. Sizinlə apardığımız fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daha yüksək səviyyəyə qaldırmışdır.

Azərbaycan-Ukrayna əməkdaşlığının  çox güclü siyasi təməli vardır. Belə ki, 2008-ci ildə Kiyevdə, 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. O sənədlərdə ölkələrimizin qarşılıqlı olaraq ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı məsələləri öz əksini tapmışdır. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il iki mühüm hadisənin  baş verdiyini qeyd edən cənab İlham Əliyev vurğuladı ki,  Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparıldı. Azərbaycan və Ukrayna bu gün  bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edir.

Əməkdaşlıqda xüsusi önəm verilən sahələrdən biri enerjidir. Cənab İlham Əliyev qeyd etdi ki,  burada həm əldə edilmiş nailiyyətlər var,  SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir,  eyni zamanda, çox gözəl perspektivlər, birgə layihələr var. Birgə təşəbbüslər, o cümlədən sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir. Təbii ki, ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var.

Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldığını da bildirən dövlətimizin başçısı vurğuladı ki, burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik. Son dörd il ərzində Prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi gözəl göstəricidir. Bu, əlaqələrimizin nə qədər dinamik olmasından xəbər verir. Biz bu gün qarşılıqlı hörmətdən, qarşılıqlı maraqların təmin edilməsindən danışırıq. Bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaq.

Qarşılıqlı səfərlər dinamikliyi ilə diqqətdədir. Aprelin 26-da  Çex Respublikasının Baş naziri Andrey Babiş ölkəmizə  rəsmi səfər etdi. Prezident İlham Əliyevin aprelin 27-də  Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babiş ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlər, mətbuata birgə bəyanatları əlaqələrimizin gələcək inkişafının təqdimatı oldu. Belə ki, cənab İlham Əliyev mətbuata bəyanatında vurğuladı ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Təbii ki, bu gün biz bu barədə də danışdıq və bu sahədə gələcək əməkdaşlıq haqqında qərara gəldik. Biz buna daha geniş prizmadan yanaşırıq. Bu, sadəcə olaraq, ticarət əməliyyatları, enerji resurslarının ixracı əməliyyatları olmayacaq. Biz buna daha genişmiqyaslı, uzunmüddətli əməkdaşlıq kimi yanaşırıq.

Ölkələrimiz arasında digər önəmli əməkdaşlıq sahəsi müdafiə sənayesi ilə bağlıdır.  Burada da uzun müddət ərzində uğurlu əməkdaşlıq aparılır. Azərbaycan  Çexiyadan bir çox hərbi təyinatlı məhsullar alır və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir.  Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, bu sahə də çox genişmiqyaslı olacaq. Çünki Azərbaycan öz müdafiə potensialını, o cümlədən yerli istehsal hesabına təmin edir və gələcəkdə bu sahədə böyük təcrübəsi olan Çexiya kimi ölkələrlə bizim müştərək işlərimiz xüsusi önəm daşıyır.

Səfər çərçivəsində bir çox digər sahələr ətrafında fikir mübadiləsi aparıldı. Hökumətlərarası Komissiyanın tezliklə tədbir keçirməsi, yenidən görüşməsi ilə bağlı müzakirələr diqqətdən kənarda qalmadı. Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı bir daha  öz təsdiqini tapır və  qarşıda çox gözəl perspektivlər açılır.