Xəbərlər
İsa Həbibbəyli: «Elm haqqında» qanun layihəsi daha da təkmilləşdirilməlidir
«Elm haqqında» qanun layihəsi yeni redaksiyada müəyyən düzəlişlər edilməklə hazırlanmalı və təkmilləşdirilməlidir. Bu fikri Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.
İ.Həbibbəyli bildirib ki, əsas məqsəd “Elm haqqında” qanun layihəsinin təkmilləşdirilərək Milli Məclisin yaz sessiyasına ikinci oxunuşa təqdim etməkdir. Onun sözlərinə görə, layihədə elmin prioritetləri öz əksini tapıb və sənəd birinci oxunuşda bir konsepsiya kimi qəbul edilib.
«Sənədin daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir. Burada dünya təcrübəsinin mütərəqqi meyllərini öyrənməklə yanaşı, Azərbaycan reallıqları da nəzərə alınmalıdır. Azərbaycan elmi qarşısında duran yeni vəzifələr, elmi nailiyyətlərin sosial-iqtisadi sahənin inkişafına təkan verməsi məsələləri əks olunmalıdır»- deyə, komitə sədri vurğulayıb.