Xəbərlər
“Lider qadınlar platforması”nın iştirakçıları Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini ziyarət ediblər
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Lider qadınlar platforması” kommunikasiya və konseptual tətbiq layihəsinin iştirakçıları akademik Zərifə Əliyevanın 103 və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 80 illiyi münasibətilə tədbir keçirib.
Tədbir çərçivəsində iştirakçılar Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini ziyarət ediblər.
Ziyarətçilər ilk olaraq akademik Zərifə Əliyevanın abidəsi önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra Mərkəzin Xatirə muzeyi ilə tanış olublar. Tanışlıq zamanı məlumat verilib ki, muzeydə akademik Zərifə Əliyeva haqqında məlumatlar, şəkillər, elmi araşdırmalarından ibarət materiallar nümayiş etdirilir.
Muzeylə tanışlıqdan sonra məlumatlandırma sessiyası təşkil edilib, iştirakçıların sualları cavablandırılıb.
