YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan tərəfinin çoxsaylı itkilərinə görə məsuliyyət bu ölkə rəhbərliyinin üzərinə düşür

Son günlər Seyran Ohanyan və Serj Sarkisyan cütlüyünün cinayətkar fəaliyyətinin nəticəsi olaraq cəbhədə gərginlik həqiqətən də nəzərəçarpacaq dərəcədə artıb. Azərbaycan ordusunun gördüyü cavab tədbirləri nəticəsində Ermənistan tərəfinin çoxsaylı itkilərinə görə birbaşa məsuliyyət bu hərbi cinayətkarların üzərinə düşür.

Bu fikirləri cəbhədəki son gərginlik, erməni tərəfinin yüksək vəzifəli şəxslərinin ölkəmizə qarşı təhqiramiz ifadələrlə çıxış etməsi və qoşunların təmas xəttində tankdan atəş açılmasının terrorizmə bərabər tutulması ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildiriblər.

“Hakimiyyəti terror yolu ilə ələ keçirən və terroru dövlət siyasəti səviyyəsinə qaldıran şəxslərin ölkəmizə qarşı küçə leksikonunda danışaraq etikadan kənar ifadələr işlətməsi bizim üçün təəccüblü deyil. Çünki bu, onların fırıldaqçı xislətindən və şəxsi tərbiyəsizliyindən irəli gəlir, hansı səviyyə yiyəsi olduqlarını bir daha nümayiş etdirir.

Tankların istifadəsi məsələsinə gəlincə isə, bildiririk ki, Silahlı Qüvvələrimiz vəziyyətə uyğun olaraq, düşmən bizə atəş açdığı halda, ona daha üstün silahlarla cavab verəcəyi, atəş nöqtələrini, mövqelərini və hərbi obyektlərini məhv edəcəyi barədə dəfələrlə xəbərdarlıq edib”, - deyə nazirliyin şərhində qeyd olunur.