YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə şahmat üzrə rayon birinciliyi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103- cü ildönümü ilə əlaqədar şahmat üzrə rayon birinciliyi təşkil edib.

Yarışda müxtəlif yaş kateqoriyasından olan YAP üzvləri və təmsil olunduqları kollektivin rəhbərləri iştirak ediblər. Rayon birinciliyi Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin dəstəyi ilə keçirilib.

Açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Açılışda çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya yarış iştirakçılarına uğurlar arzulayaraq Ulu öndər Heydər Əliyevin dövlətimizi və xalqımızı xilaskarliq missiyasından danışıb, onun əziz xatirəsinin xalqımızın qəlbində və şanlı tarixində əbədi var olacağını bildirib. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev hər zaman idmanın, xüsusilə şahmatin inkişafıni dövlətin əsas prioritet istiqamətlərindən birinə çevirmişdi. Bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. F.Şadlinskaya bildirib ki, Yeni Azərbaycan Partiyası daim gənclərin sağlam ruhlu, intellektual inkişafına, milli-mənəvi dəyərlərə malik məsuliyyətli vətənpərvər övlad olaraq yetişməsinə böyük önəm verir.

Yarışda şahmatçılar püskatma yolu secilərək oyuna başlayıblar.

Yekunda şəhər 7 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Fəxri Əliyev rayon birincisi olub.  Şəhər 5 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi Ərəstun Məmmədov ikinci, Alpout kənd tam orta ümumtəhsil məktəbinin müəllimi Elvin Hüseynov isə üçüncü yeri tutub. 

YAP Bərdə rayon təşkilatın sədri Faqət Şadlinskaya yarışın qaliblərini diplom və hədiyyələrlə mukafatlandırıb.

Sonda xatirə şəkli çəkdirilib.

DİGƏR Xəbərlər Arxiv