YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda Ulu Öndərin xatirəsinə həsr edilmiş futbol turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının və Nizami Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə futbol turniri keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan turnirin açılış mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru Akif Cahangirov, veteran futbolçu, İspaniya “La liqası”nın bürünc medal mükafatçısı Vəli Qasımov, Milli Qəhrəman Yuri Kovalyovun qardaşı, keçmiş futbolçu Vitaliy Kovalyov, “Qarabağ” klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi Bəhlul Mustafazadə çıxış edib, ölkəmizdə idmana və idmançılara olan dövlət qayğısından danışıb, komandalara uğurlar arzu ediblər.

Sonra yarışa start verilib. Olimpiya sistemi üzrə keçirilən turnirdə 24 təhsil müəssisəsinin komandası iştirak edib. Beş gün davam edən turnirdə 229 saylı tam orta məktəbin komandası birinci yerin sahibi olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 242 və 272 saylı tam orta məktəblərin komandaları əldə ediblər.

Qaliblərin mükafatlandırılması mərasimində Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müavini Bəhmən Hüseynov, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, Nizami Bələdiyyəsinin sədr müavini Heydər Rəhimov çıxış edərək, qalibləri təbrik ediblər.

Sonra qaliblərə diplom, medal, hədiyyələr və kubok təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv